Seda Sayan 200 milyon qazanıb? - Özü cavab verdi
2026-09-15 22:21:40
Türkiyəli müğənni Seda Sayanın 4 fərqli brendin reklam çarxında çəkilərək ümumilikdə 200 milyon lirə qazandığı barədə iddia gündəmə gəlib.
Sənətçi İstanbulda konserti öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, Seda Sayan haqqında yayılan 200 milyon lirəlik reklam gəliri iddiasını təkzib edib.
Müğənni qazancı ilə bağlı açıqlamasında vergi rekordu qırdığı dövrləri də xatırladıb.
“Səsləndirilən məbləğ həqiqətdən çox uzaqdır. Məni tanıyırsınız, bilirsiniz. Qazandığım vaxtlarda vergi rekordu qıran insan olmuşam. Qazanıram, vergimi verirəm. Həqiqətən çox şişirdilib”, – deyə Sayan bildirib.