📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

2026-05-15 18:23:42

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə TDT-də səmərəli sədrliyinə görə təşəkkürünü bildirib.

Modern.az xəbər verir ki, Özbəkistan lideri deyib: “Səmərəli sədrliyinə və təşkilatımızın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.