📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarıkökdən çox istifadə edin

2026-09-14 11:23:36

Sarıkökdən çox istifadə edin

Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib.

Hurriyyet.media  Axşam.az-a istinadla xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır.

Sarıkökdən niyə istifadə edilməli?

İltihabı azaldır
Artrit və oynaq ağrılarına kömək edir
Bağırsaq sağlamlığına töhfə verir
Beyin sağlamlığını dəstəkləyir
Xolesterolu aşağı salır

Sarıkök təbii antiinflamatuar (iltihab azaldıcı) təsirə malikdir. Xüsusilə oynaq ağrıları, revmatizmı olanlar, əzələ iltihablarından əziyyət çəkənlər istifadə edə bilər. 

Beyin fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, sarıkök yaddaşı gücləndirə, depressiya əlamətlərini azalda bilər, beyin hüceyrələrinin qorunmasına kömək edir. Ürək sağlamlığını qoruyur.

Mədə problemləri olanlar da istifadə edə bilər. 

Necə istifadə etmək olar?

Çay kimi (isti su + sarıkök + bal)
Süd ilə (“qızıl süd”)
Yeməklərdə ədviyyə kimi
Maska şəklində dəriyə