📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şamaxıda Xaqani Şirvaninin 900 illik yubileyi qeyd edildi - Fotolar

2026-09-14 19:36:17

Şamaxıda Xaqani Şirvaninin 900 illik yubileyi qeyd edildi - Fotolar

Azərbaycan Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda Xaqani Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Hurriyyet.media  xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın prezidenti İsa Həbibbəyli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, İnstitutun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Elnarə Zeynalova, təhsil və mədəniyyət işçiləri, müəllimlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Xaqani Şirvaninin həyat və yaradıcılığından geniş bəhs edərək, Azərbaycan Respublikası Prezidentin müvafiq Sərəncamının əhəmiyyətini qeyd etmiş, Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışlar. Həmçinin dahi şairin Azərbaycan ədəbiyyatının zənginləşməsində xidmətləri, böyük ədəbi irsi və yaradıcılığının əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında özünəməxsus və mühüm mövqeyə malik olduğu vurğulanıb, onun yaradıcılığının ədəbi-bədii və fəlsəfi əhəmiyyətindən danışılıb.