📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahin Bağırov Qazaxda vətəndaşları qəbul edəcək

2026-06-29 17:11:21

Şahin Bağırov Qazaxda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

"Report" komitəyə istinadən xəbər verir ki, qəbul iyulun 3-də saat 10:00-da Qazaxda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul zamanı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.