📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şahbuza dolu yağıb

2026-06-09 21:29:47

Şahbuza dolu yağıb

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Milli.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.

Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.