📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq baş konsul BU ƏMƏLLƏ ittiham edilir

2026-09-10 18:37:54

Sabiq baş konsul BU ƏMƏLLƏ ittiham edilir

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Hurriyyet.media  apa-ya istinadla xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.