"Sabah"ın UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşdi
2026-06-16 19:05:24
Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Hurriyyet.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Püşkün nəticəsinə əsasən, TNS (Uels) komandası “Sabah”a rəqib olub. Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.