"Sabah"ın oyununu BU ŞƏXS idarə edəcək
2026-09-08 18:29:02
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajod olacaq.
Xatırladaq ki, qarşılaşma sentyabrın 10-da keçiriləcək.