📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah” portuqaliyalı futbolçu transfer etdi

2026-06-20 21:36:44

“Sabah” portuqaliyalı futbolçu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Hurriyyet.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Klub portuqaliyalı futbolçu Rodriqo Fernandeşlə razılığa gəlib. Onunla 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi son olaraq “Şamaxı”nın formasını geyinib.

Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.