📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Məhərrəm ayı başlayır

2026-06-15 22:29:44

Sabah Məhərrəm ayı başlayır

Sabah Azərbaycanda Məhərrəm ayı başlayır.

Hurriyyet.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində bildirilib ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.