📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah havanın temperaturu 33 dərəcəyədək yüksələcək - Proqnoz

2026-06-30 14:17:59

Sabah havanın temperaturu 33 dərəcəyədək yüksələcək - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağıntısız keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 1-də gecə saatlarında bəzi ərazilərdə qısamüddətli yağışların yağması ehtimal edilir. Şimal-qərb küləyinin əsəcəyi bildirilir.

Havanın temperaturu gecə 18-21°, gündüz isə 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağışların yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə saatlarında yağıntıların bəzi ərazilərdə güclənəcəyi bildirilir. Axşama doğru isə əksər rayonlarda yağışların tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21°, gündüz 28-33°, dağlıq ərazilərdə gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə isə 24-28° isti olacaq.