📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

2026-07-30 16:26:28

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Hurriyyet.media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.