Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
2026-06-18 19:11:37
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.