"Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb
2026-06-21 17:55:30
"Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Ukrayna millisinin hücumçusu 2024-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.