“Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı
2026-08-31 12:11:00
Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Hurriyyet.Media xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.
Son çempion “Sabah” “Araz-Naxçıvan”ın qonağı olacaq. Görüş saat 18:00-da başlayacaq.
“Qarabağ” isə səfərdə “Sumqayıt”la qarşılaşacaq. Matç saat 20:15-də start götürəcək.
31 avqust
18:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu
20:15. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
“SOCAR Polymer Arena”