📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya dron hücumu - neft emalı zavodu yandı

2026-06-28 11:13:44

Rusiyaya dron hücumu - neft emalı zavodu yandı

Rusiyanın Krasnodar diyarına dron hücumu nəticəsində neft emalı zavodunda (NEZ) yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə regionun Operativ Qərargahının "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, yanğın vurulmuş aparatın qalıqlarının düşməsi səbəbindən baş verib.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Qalıqların düşdüyü yerlərdə operativ və xüsusi xidmətlər çalışır.

Krasnodar diyarının Anapa, Tuapse dairəsi və Krım rayonunda PUA hücumu təhlükəsi qüvvədə qalmaqda davam edir.