📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın 10 diplomatını ölkədən çıxarırlar

2026-09-08 15:57:35

Rusiyanın 10 diplomatını ölkədən çıxarırlar

Macarıstan Rusiyanın 10 diplomatını ölkədən çıxarmaq qərarına gəlib. 

Hurriyyet.media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anita Orban “X” hesabında bildirib. 

Məlumata görə, bununla əlaqədar olaraq Rusiya səfiri Macarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya nümayəndəliyində çalışan 10 diplomatın Macarıstan ərazisində diplomatlar üçün qəbuledilməz hesab edilən fəaliyyətlə məşğul olduqları səfirin diqqətinə çatdırılıb. 

“Bununla əlaqədar Macarıstan tərəfi adıçəkilən şəxsləri ölkəni tərk etməyə çağırıb. Bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur”, - Orban yazıb. 

Bununla belə, o, Budapeştin bu qərarının Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi demək olmadığını vurğulayıb.