📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı generaldan SƏRT XƏBƏRDARLIQ: "Kiyevin mərkəzinə kütləvi zərbə endiriləcək"

2026-05-08 16:52:02

Rusiyalı generaldan SƏRT XƏBƏRDARLIQ:

Rusiya Dövlət Duması Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənubuna hücuma görə Kiyevin bombalanmayacağını bəyan edib.

Hurriyyet.az  xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev danışıb.

Sobolevin sözlərinə görə, Moskva yalnız 9 May bayramını pozmaq məqsədilə paytaxta qarşı kütləvi hücum təşkil ediləcəyi təqdirdə Kiyevə adekvat cavab verəcəyinə söz verib:

"Əgər Kiyev qəfildən bizim böyük bayramımızı pozmaq məqsədilə 9 Mayda Moskvaya kütləvi zərbə endirmək qərarına gələrsə, biz Kiyevin mərkəzinə sarsıdıcı zərbə endirəcəyik. Başa düşmək lazımdır ki, Rusiya prezidenti tərəfindən konkret tapşırıq qoyulub – söhbət bayram günlərində Moskvaya ediləcək hücuma veriləcək sərt cavabdan gedir. Atəşkəsin cari pozulması halları isə bu cavab tədbirləri çərçivəsinə daxil deyil", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna tərəfinin Rusiyanın cənub bölgələrində hava hərəkətinə maneələr yaratdığı barədə məlumatlar yayılıb.