📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar var

2026-05-01 19:58:16

Rusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar var

Rusiyanın Komi Respublikasının Usinsk şəhərində növbəli işçiləri daşıyan sərnişin helikopteri sərt eniş edərək qəzaya uğrayıb, nəticədə səkkiz nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Regional Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Qurumun açıqlamasına əsasən, bu gün Usinsk xilasetmə xidmətinə özəl şirkətə məxsus "Mi-8T" sərnişin helikopterinin vertolyot meydançasından qalxarkən aşaraq yan üstə düşməsi barədə siqnal daxil olub. Bildirilir ki, hava gəmisi növbəli işçiləri Nenets Muxtar Dairəsinə aparmaq üçün havalanırmış.

Məlumata görə, hadisə baş verən zaman helikopterdə ümumilikdə 24 nəfər olub.

Hazırda qəza zonasında Usinsk yanğınsöndürmə və xilasetmə qarnizonunun əməkdaşları fəaliyyət göstərirlər.

Hadisəyə səbəb olan amillərin araşdırılması davam edir.