📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü

2026-06-16 19:13:21

Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü

Rusiyanın Ufa şəhərində azərbaycanlı fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1988-ci il təvəllüdlü Savad Eynulla oğlu Kazımov çalışdığı tikinti obyektində hündürlükdən yıxılaraq həyatını itirib.

Məlumata görə, hadisə onun işlədiyi binada baş verib. Aldığı ağır xəsarətlər nəticəsində Savad Kazımovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Biləsuvar rayonunun Xırmandalı kənd sakinidir./milli.az/