📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var

2026-06-20 22:44:00

Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə hücumu nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında yazıb.

"Təəssüf ki, dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - o açıqlayıb.

Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin mərkəzinə doqquz aviabomba atıb.