📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 30-dan çox insan yaralanıb

2026-06-27 12:06:19

Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 30-dan çox insan yaralanıb

Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı vilayətlərinə zərbələr endirib, nəticədə 32 nəfər yaralanıb.

Ukrayna mediası xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Zaporojyedə ikisi uşaq olmaqla 9 nəfər yaralanıb.

"Aviazərbələr nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər onun dağıntıları altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə düşüb. Həmçinin qonşu yaşayış binalarına, şəxsi əmlaka və avtomobillərə də ziyan dəyib", - məlumatda bildirilib.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, regionun Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.

Bundan əlavə, Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbə gününə keçən gecə vilayətin rayonlarından birinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum ediblər. Zərbə nəticəsində 10 dinc sakin yaralanıb.