📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Ukraynanın bu şəhərlərini vurdu, ölənlər var

2026-07-01 20:01:19

Rusiya Ukraynanın bu şəhərlərini vurdu, ölənlər var

Rusiyanın Odessa vilayətinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bundan başqa, Xersonda marşrut avtobusuna endirilən zərbə nəticəsində yaralananların sayı 9 nəfərə çatıb, onlardan biri ölüb. Həmçinin Rusiya ordusunun şəhərə növbəti hücumu zamanı daha 2 nəfər yaralanıb.

Xarkovda isə Rusiya ordusunun atdığı mərmilərdən biri fərdi yaşayış evinə düşüb. Şəhər meri bildirib ki, hadisə nəticəsində, 1-i yeniyetmə olmaqla, 6 nəfər xəsarət alıb.