📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi - Ölənlər var

2026-08-30 20:21:35

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi - Ölənlər var

Xarkov vilayətində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş illik marafon yarışının üç iştirakçısı Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində həlak olub.

Hurriyyet.media  "Report"a istinadla xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunları şənbə günü səhər tədbirin keçirildiyi Berestinski rayonunun Natalino kəndinə "İsgəndər" raketi ilə hücum ediblər.

Prokurorluq marafon zamanı təhlükəsizlik tədbirlərinin qeyri-kafi görülməsi səbəbindən təşkilatçıların səhlənkarlığı ilə bağlı araşdırma başlayıb.