Rusiya Almaniyaya belə cavab verəcək... – Lavorv açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Berlindəki “Rus Evi” mədəniyyət mərkəzini bağlamaq qərarına cavab olaraq Almaniyadakı Höte İnstitutunun üç filialının fəaliyyətinin dayandırılacağını açıqlayıb.
Lavrov bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı danışıb.
Rusiya XİN rəhbəri Almaniya hakimiyyətinin Berlindəki “Rus Evi”ni bağlamaq qərarına toxunaraq bildirib ki, Moskva buna cavab verəcək.
“Ora mədəniyyət mərkəzimizi çıxardıqdan sonra, əlbəttə, onlar da bağlanacaqlar. Əks halda, özümüzə hörmət etməmiş olarıq”, - deyə Lavrov bildirib.
Qeyd edək ki, Almaniya bu il avqustun 4-də Leypsiq hava limanında Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinin yaxınlığında pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra Berlindəki “Rus Evi”nin və Bonndakı Rusiya konsulluğunun bağlanmasına qərar verib. Həmçinin Rusiya vətəndaşları üçün sərhəd nəzarətinin sərtləşdirilməsi barədə qərar qəbul olunub. Daha sonra ərazidə daha bir pilotsuz uçuş aparatı və təxminən 50 qram partlayıcı maddə aşkar edilib.