📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ABŞ nümayəndə heyətini qəbul etməyə hazırdır - Peskov

2026-06-09 16:15:23

Rusiya ABŞ nümayəndə heyətini qəbul etməyə hazırdır - Peskov

Rusiya ABŞ nümayəndə heyətini hər zaman qəbul etməyə hazırdır.

Hurriyyet.info  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ-la əlaqələr həm bizimlə, həm də ukraynalılarla davam edir. Onların bizə gəlməsinin dəqiq tarixi hələ yoxdur. Biz istənilən vaxt onları görməyə şad olarıq”, - deyə o bildirib.

Peskov əlavə edib ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılmır. Həmçinin ABŞ tərəfi Vladimir Zelenski ilə Stiv Uitkoff və Cared Kuşnerin görüşünün nəticələri barədə Rusiya ilə məlumat paylaşmayıb.