📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir" - Nazir

2026-06-30 16:08:21

"Rus bölməsində təhsilin keyfiyyətinin daha üstün olması sadəcə mifdir".

Hurriyyet.info  "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, valideyni övladını hansı dildə tədrisə cəlb etməsi ilə bağlı yönləndirmək olmaz: "Azərbaycanda müxtəlif dillərdə tədris aparılan məktəblər də var. Rusdilli məktəblərin niyə var olduğunu da bilirik. Çünki Azərbaycan keçmiş SSRİ-nin tərkibində olub".