Reper Navai yenidən məhkəməyə veridi
2026-09-15 18:50:44
Navai (əsl adı - Nəvai Bəkirov) ləqəbli reperdən qaz, istilik və elektrik enerjisi üzrə yaranmış 72 min rubldan (təqribən 1 446 manat) çox olan kommunal borclar məcburi şəkildə tələb olunur.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə və digər materiallara istinadən məlumat yayıb.
Belə ki, Moskva ətrafı bölgənin sülh hakimindən daxil olan materiallar əsasında sentyabrın 1-də qaz, istilik və işıq pullarının ödənilməsi ilə bağlı icra işi başlanıb.
Sənədlərdə qeyd edilir ki, "Odintsovskaya teploset" şirkəti məhkəməyə iddia ərizəsi verib və bu tələb təmin edilib. Tutulmalı olan məbləğ 72 min rublu üstələyir.
Qeyd edək ki, Navai fəaliyyətini dayandırmış "HammAli & Navai" musiqi duetinin sabiq üzvü və rep ifaçısıdır.