Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
2026-09-11 14:31:42
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Hurriyyet.media APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır.