📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi

2026-06-18 17:53:42

“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi

İspaniyanın "Real Madrid" klubu heyətini yeni transferlə gücləndirib.

Madrid təmsilçisi Fransanın "Liverpul" klubunda çıxış edən mərkəz müdafiəçisi İbrahima Konate ilə müqavilə imzalayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, futbolçu 2030-cu il iyunun 30-dək "kral klubu"nun formasını geyinəcək.

25 yaşlı müdafiəçi karyerasının son dövrünü İngiltərə Premyer Liqasında keçirib. O, "Liverpul"un əsas heyət üzvlərindən biri kimi çıxış edərək müdafiə xəttindəki performansı ilə diqqət çəkib.

Transferin baş tutması "Real Madrid"in müdafiə xəttini daha da gücləndirməsi kimi dəyərləndirilir./milli.az/