📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

2026-07-29 17:36:29

Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Hurriyyet.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.