Ramin Əliyev prorektor təyin edildi
2026-05-02 20:25:51
Azərbaycan Texnologiya Universitetinə (ATU) yeni prorektor təyin edilib.
Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əliyev Ramin ATU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ramin Hüseynağa oğlu Əliyev buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.