📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafinya Messi və Ronaldonun rekordunu təkrarladı

2026-09-05 10:32:52

Rafinya Messi və Ronaldonun rekordunu təkrarladı

“Barselona”nın braziliyalı hücumçusu Rafinya La Liqanın 2026/27 mövsümünə möhtəşəm start verərək dünya futbolunun əfsanələri Lionel Messi və Kriştianu Ronaldoya çatıb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə “Sofascore” nəşri məlumat yayıb.

Nəşrin təqdim etdiyi statistikaya görə, 2015/16 mövsümündən bəri İspaniya çempionatının ilk 3 turunda azı 5 qol və ya məhsuldar töhfə verməyi bacaran cəmi 3 futbolçu olub və Rafinya bu müstəsna siyahıya adını yazdıran 3-cü oyunçudur.

Ondan əvvəl bu göstəriciyə yalnız 2015/16 mövsümündə Kriştianu Ronaldo, 2017/18 mövsümündə isə Lionel Messi imza ata bilmişdi.

Məlumat üçün bildirək ki, La Liqanın 4-cü turu çərçivəsində “Barselona” sentyabrın 6-da səfərdə “Valensiya”nın qonağı olacaq. “Mestalya” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.