📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qusarda milli folklor və xalq yaradıcılığı nümunələri təqdim olunub

2026-06-25 14:06:04

Qusarda milli folklor və xalq yaradıcılığı nümunələri təqdim olunub

Qusarda keçirilən "Milli folklorumuzu yaşadaq!" adlı mədəni-kütləvi tədbirdə xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı təqdim olunub.

Qusar şəhəri Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət parkında təşkil edilən tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin, folklor ənənələrininin təbliği, xalq yaradıcılığı nümunələrinin yaşadılması və gənc nəslə çatdırılmasıdır.

Tədbir çərçivəsində rayonun klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladıqları rəsm əsərləri, əl işləri və tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, bu kimi tədbirlər ölkəmizdəki zəngin mədəni irsin, multikulturalizm ənənələrinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi baxımından olduqca əhəmiyyətlidir.

Tədbirin bədii hissəsində Hil kənd Folklor evinin "Mel" folklor xalq kollektivi, "İkram" ritm və rəqs qrupları, "Şahzada" folklor qrupu, eləcə də digər musiqi kollektivləri rəngarəng çıxışlarla tamaşaçılara xoş ovqat bəxş ediblər. (AZƏRTAC)

16.JPG

 

17.JPG