Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs SAXLANILDI
2026-09-12 22:39:53
Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Hurriyyet.media bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.