📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qubadakı ağır qəzanın detalları - Cinayət işi açıldı

2026-07-28 11:52:29

Qubadakı ağır qəzanın detalları - Cinayət işi açıldı

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyulun 27-də Quba–Qusar avtomobil yolunun Dağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Adil Nadir oğlu Qasımovun idarə etdiyi minik avtomobili əks istiqamətdə hərəkətdə olan, Elnur Mərdan oğlu Bağırovun idarə etdiyi yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır./Unikal/

  • Qubadakı ağır qəzanın detalları - Cinayət işi açıldıQubadakı ağır qəzanın detalları - Cinayət işi açıldı