QIZININ FACİƏLİ ÖLÜMÜNDƏN YAZDI
2026-06-17 11:50:32
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur”.
Hurriyyet.info xəbər verir ki, bu sözləri dünən övladı avtomobil qəzasında həlak olan tanınmış hüquqşünas, mediator Fərhad Mehdiyev “Facebook” səhifəsində yazıb.
“Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”, - o bildirib.