📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızılın qiyməti bir unsiya üçün 4 150 dolları ötüb

2026-07-30 10:05:53

Qızılın qiyməti bir unsiya üçün 4 150 dolları ötüb

"Comex" birjasında avqustda çatdırılma şərti ilə qızıl fyuçersinin qiyməti iyulun 22-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 150 dollar həddini ötüb.

Hurriyyet.media xəbər verir ki, bunu hərracların məlumatları göstərir.

Bakı vaxtı ilə saat 05:06-ya olan vəziyyətə görə, qızılın qiyməti 2,79% artaraq bir troya unsiyası üçün 4 151,5 dollara çatıb.

Bakı vaxtı ilə saat 05:35-ə doğru artım yavaşlayıb, fyuçersin qiyməti isə bir troya unsiyası üçün 4 146 dollar təşkil edib.