📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır

2026-09-10 16:35:56

Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır

Barəsində cinayət işi açılan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovla bağlı yeni fakt məlum olub. 

Hurriyyet.media Lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. 

Xatırladaq ki, Azər Qasımov 2025-ci ildə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manat məbləğində ziyan dəyib.

Məlumat üçün bildirək ki, o, 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü ildə isə bu vəzifədən geri çağırılıb.