📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

2026-09-01 13:14:17

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

Qırğızıstan Prezidenti Sadır Japarov adsız dağ zirvəsinə “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adını verib.

Hurriyyet.media  xəbər verir ki, S.Japarov bununla bağlı Fərman imzalayıb və bu qərar təşkilatın 25 illiyinə həsr edilib. 

Məlumata görə, ölkənin Çuy vilayətində “Ala-Arça” dövlət parkında yerləşən 4050 metr hündürlüyə malik adsız dağ zirvəsinə “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verilib. 

Xatırladaq ki, bu gün Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayıb.