“Qərbi azərbaycanlı ailələrin məktəbyaşlı uşaqları ilə ənənəvi görüş keçirilib” - Təmraz Tağıyev
“Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə rayon ərazisində məskunlaşan Qərbi Azərbaycanlı ailələrinin məktəbyaşlı uşaqları ilə görüş keçirilib”.
Hurriyyet.Media xəbər verir ki, bu fikirləri İcmanın İdarə heyətinin üzvü və Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyevin sözlərinə görə, görüşdə iştirak edən aztəminatlı ailələrdən olan 70 məktəbyaşlı uşağa məktəbli çantası və digər məktəb ləvazimatlarının alınması üçün maddı yardım göstərilib.
Görüşdə Təmraz Tağıyev Qərbi Azərbaycan İcmasının fəaliyyət proqramı olan “Qayıdış Konsepsiyası”ndan irəli gələn vəzifələrin ölkəmizin Qərbi Azərbaycana qayıdışı uğrunda ümumxalq mübarizəsinin tərkib hissəsi kimi hesab etdiyini qeyd edib.
Təşkilat rəhbəri qeyd edib ki, bu gün Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” fikirlərini hər kəs öz fəaliyyət proqramının əsas prinsipi kimi qeyd etməlidir.
Sonda Təmraz Tağıyev uşaqlara icmanın Nərimanov təşkilatının fəaliyyəti barəsində məlumat verib və belə görüşlərin ənənəvi olaraq keçirildiyini qeyd edib.



