📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərb derbisi: "Kəpəz" qalib oldu

2026-08-30 21:50:56

Qərb derbisi:

Misli Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.

Modern.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 47-ci dəqiqədə Viktor Stina vurub. Bu qələbədən sonra "Kəpəz" 3 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 4 xala malik "Turan Tovuz" isə üçüncüdür.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.