Qazaxıstan neft emalını ikiqat artıracaq
Qazaxıstanın Neft Emalı Sənayesinin 2025-2040-cı illər üçün İnkişaf Konsepsiyasına əsasən, Qazaxıstan neft emalı gücünü ildə 18 milyon tondan 39 milyon tona qədər artırmağı planlaşdırır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib.
Məlumata görə, Qazaxıstanda neft istehsalı və emalı nisbəti 5:1-dən 2,5:1-ə qədər artacaq. Tələb olunan investisiya həcmi 15-19 milyard dollar olaraq qiymətləndirilir.
Konsepsiyada Qazaxıstan iqtisadiyyatının yerli neft məhsulları ilə təmin edilməsi, neft-kimya istehsalının artırılması, tətbiqi elmin inkişafı, insan resurslarının gücləndirilməsi, sənayenin müasir texnoloji trendlərə uyğunlaşdırılması və ixrac imkanlarının genişləndirilməsi daxil olmaqla altı əsas sahə müəyyən edilib.