📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu

2026-09-12 19:53:58

Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu

Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hurriyyet.media məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.