📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaradağda şəhid Sadiq Əzizlinin xatirəsi anılıb - Fotolar

2026-09-14 11:33:24

Qaradağda şəhid Sadiq Əzizlinin xatirəsi anılıb - Fotolar

Sentyabrın 13-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində şəhid Sadiq Zaur oğlu Əzizlinin xatirəsi anılıb.

Hurriyyet.media  xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının I müavini Emin Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov və Milli Məclisin deputatı Aydın Hüseynov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, digər idarə və müəssisə rəhbərləri ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət edərək, məzarı üzərinə əklil və gül dəsətələri qoyublar.

Mərasimdə çıxış edənlər Qaradağ rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Aydın Hüseynov və Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirmişlər. Ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğı göstərdiyi və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılıb.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə eləcə şəhid adının daimi uca tutulması üçün görülmüş işlərlə əlaqədar Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Sadiq Zaur oğlu Əzizli 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissələrdən birində sıravi əsgər kimi hərbi xidmət edib.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Sadiq Əzizli 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub, Qaradağ rayonunun Qobusatan qəsəbəsində dəfn olunub. S.Əzizli Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.