"Qarabağ"ın rəqibi bəlli oldu
2026-06-16 21:31:41
Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.
Hurriyyet.info xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilir. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayıb. "Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vesli” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.