📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağda bu layihələrə 4,5 milyard manat xərclənib

2026-06-12 13:21:46

Qarabağda bu layihələrə 4,5 milyard manat xərclənib

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb”.

Hurriyyet.info  bildirir ki, maliyyə naziri Sahil Babayev bunu Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ayrılan vəsaitin 4 mlrd. manatı infrastruktur təyinatlı layihələrin, 440 mln. manatı sosial təyinatlı layihələrin, 10 mln. manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 mln. manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.