📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qar uçqunu 11 alpinistin həyatına son qoydu – 6 nəfərin taleyi məlum deyil + VİDEO

2026-09-07 19:49:39

Qar uçqunu 11 alpinistin həyatına son qoydu – 6 nəfərin taleyi məlum deyil + VİDEO

Şimali Qafqazdakı Kabardin-Balkariyanın Bezengi dərəsində 33 alpinistdən ibarət qrup qar uçqununun altında qalıb. 

Hurriyyet.media xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat və görüntülər yayımlanıb.

6 sentyabr axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti Bezengi dərəsində qar uçqununun baş verdiyini bildirib. Uçqun marşrut üzrə hərəkət edən alpinistlər qrupunu bürüyüb. Xilasedicilər axtarışa başlayıb və Mi-8 helikopterini işə salıblar.

Bu gün səhər satt 9:00-da Fövqəladə Hallar Nazirliyi 33 alpinistdən 11-nin ölümünü təsdiqləyib. Daha altı nəfər yaralanıb və xəstəxanalara aparılıb. On nəfər dağdan sərbəst enə bilib. Altı alpinistin taleyi isə hələ də məlum deyil.

Hadisə yerində əlli altı mütəxəssis işləyir. Xilasedicilər axtarışların çətin relyef və davam edən uçqun təhlükəsi ilə müşayiət olunduğunu qeyd edirlər. Hava şəraiti yaxşılaşdıqdan sonra onlar yenidən Mi-8 və “Heliaction” helikopterlərini işə salmağı planlaşdırırlar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi bildirib ki, uçqun nəticəsində həlak olan alpinistlərin cəsədləri pis hava şəraiti səbəbindən hələlik dağdan endirilə bilmir. Onların şəxsiyyətləri də hazırda məlum deyil.