📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qanunsuz saxlanılan silahlar aşkarlandı

2026-08-01 10:37:42

Qanunsuz saxlanılan silahlar aşkarlandı

İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Hurriyyet.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.